Bakının Suraxanı rayonunda bıçaqlanma baş verib.
Lent.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
İlqar Əhlimanov küçəsində 1990-cı il təvəllüdlü Bağırov Bəhrəm İbrahim oğlu tanımadığı şəxsin hücumuna məruz qalıb.
Naməlum şəxs ona iki bıçaq zərbəsi endirib.
Bıçaq xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilib.
Fakt araşdırılır.
Nurlan Əli