Bakıda evlərdən 27 minlik OĞURLUQ
25 may 2022 17:07 (UTC +04:00)

Bakıda evlərdən 27 minlik OĞURLUQ

Bakıda evlərdən külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın 4 rayonunda evlərin qarət olunması nəticəsində sahibkarlara ümumilikdə 27 min manatlıq zərər dəyib.

Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Arif Nadirov və Sitarə Məmmədova müəyyən edilərək saxlanılıblar.

Digər oxşar hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. Burada  evlərin birindən 3500 manat dəyərində qapı, məişət əşyaları, elektrik naqilləri, 2 ədəd pəncərə və dəmir barmaqlıq oğurlanıb.

Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ələkbər Ələkbərov saxlanılıb.

Növbəti oğurluq Nəsimi rayonu İ.İsmayılov küçəsindəki evlərin birindən edilib. Belə ki, adı çəkilən küçədə yerləşən evlərdən birinin 7.000 manat pulu, 300 ABŞ dolları (510 manat), 1000 manat dəyərində qızıl-zinət əşyaları və televizoru qarət edilib.

Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini Əbülfəz Almuradov müəyyən edilərək saxlanılıb.

Daha bir oğurluq hadisəsi isə Xətai rayonu İnqilab İsmayılov küçəsindəki evlərin birində qeydə alınıb. Buradan 150 manat pul və 9.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şəfa İsmayılov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2271
avatar

Mehman Nəbiyev

Oxşar yazılar