Bakıda evdən 15 minlik  OĞURLUQ
14 may 2025 12:46 (UTC +04:00)

Bakıda evdən 15 minlik OĞURLUQ

Bakının Xətai rayonu ərazisində yerləşən evlərin birindən 5000 manat pul və 10400 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb.

Lent.az xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talamada şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı M.Kərimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568

Oxşar yazılar