Bakıda  cinayətkarlığı təbliğ edən  silahlı saxlanıldı -  VİDEO
30 mart 2023 17:35 (UTC +04:00)

Bakıda cinayətkarlığı təbliğ edən silahlı saxlanıldı - VİDEO

Binəqədi rayonunda sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəllər məhkum olunmuş Elşən Həsənzadə tutularaq istintaqa təqdim edilib.

Onun üzərinə baxış keçirilən zaman 1 ədəd revolver tipli tapança və 10 ədəd patron aşkar edilib. Elşən Həsənzadə odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. 

Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün  Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 2040
avatar

Sevinc Fərid

Oxşar yazılar