Bakıda BMW yol nişanına çırpıldı, sürücü xəsarət aldı - FOTO
21 aprel 2023 01:49 (UTC +04:00)

Bakıda BMW yol nişanına çırpıldı, sürücü xəsarət aldı - FOTO

0

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza Atatürk prospektində qeydə alınıb. 

Belə ki, hadisə “Chevrolet” və BMW markalı avtomobillərin iştirakı ilə baş verib. İdaerətmədən çıxan BMW markalı avtomobil yol nişanı dirəyinə çırpılıb. 

Qəza nəticəsində BMW-nin sürücüsü xəsarət alıb. O təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb. 

Hər iki avtomobilə ciddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb edilib. Avtomobillər ərazidən uzaqlaşdırılıb. 

Hadisənin təfərrüatı araşdırılır. 

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2579

Oxşar yazılar