Bakıda qadın özünü binadan atıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bayram günlərinin birində Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 33 yaşlı Natəvan Üzeyir qızı Həsənova yaşadığı binanın 12-ci mərtəbəsindən özünü atıb.
Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.