Bakıda bank kartından pul oğurlayan qadın tutuldu
08 dekabr 2023 13:26 (UTC +04:00)

Bakıda bank kartından pul oğurlayan qadın tutuldu

Bakıda bir nəfərin bank kartından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bir nəfərin bank kartından hesabındakı 700 manat pulu oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən paytaxt sakini olan qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4650
avatar

Oxşar yazılar