Bakıda silsilə oğurluqlar edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi və Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan Vüqar Tapdıqzadə saxlanılıb.
Araşdırmalarla onun Bakıxanov qəsəbəsi ərazisində yerləşən ödəmə terminallarının birindən sındırmaq yolu ilə 3644 manat pul və bir evdən 1350 manat dəyərində 2 ədəd velosiped, təmir-tikinti alətləri və elektrik naqili oğurlaması da müəyyən olunub.