Bakıda avtomobil xəstəxananın <span class="red_color" >hasarını uçuraraq   həyətə daxil oldu - FOTO
01 iyun 2022 07:57 (UTC +04:00)

Bakıda avtomobil xəstəxananın hasarını uçuraraq həyətə daxil oldu - FOTO

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Mirəsədulla Mirqasımov və Mərdənov qardaşları küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobili idarə edən şəxs yüksək sürətlə Mirəsədulla Mirqasımov küçəsində hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib.

Avtomobil 1 saylı xəstəxanın hasarını uçuraraq içəri daxil olub.

Maşının sürürücüsü və sərnişini komatoz vəziyyətinə düşüb.

Onlar xəstəxana işçilərinin köməkliyi ilə maşından çıxarılaraq reanimasiyaya çatdırılıb.

Daha sonra avtomobil yanmağa başlayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Alovun ətrafa keçməsinin qarşısı alınıb.

Hazırda hər iki yaralının vəziyyəti ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2289
avatar

Oxşar yazılar