Bakıda avtomobil təmiri sexindəki YANIĞINLA  bağlı əlavə məlumat YAYILDI  - YENİLƏNİB
19 iyun 2022 00:21 (UTC +04:00)

Bakıda avtomobil təmiri sexindəki YANIĞINLA bağlı əlavə məlumat YAYILDI - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi paytaxtdakı yanğınla bağlı əlavə məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi ünvanındakı avtomobil təmiri sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.​

18.06.2022

Saat: 23:04

***

Bakıda avtomobil təmiri sexində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən xəbərə görə, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi ünvanındakı avtomobil təmiri sexində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2970
avatar

Oxşar yazılar