Bakıda avtomobil qaçırıldı
14 mart 2024 11:36 (UTC +04:00)

Bakıda avtomobil qaçırıldı

Martın 11-də Nizami rayonu ərazisindən “KİA” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil qısa müddətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Səbuhi Məmmədli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 2112
avatar

Oxşar yazılar