Bakıda avtomobil parka aşdı  - FOTO
29 iyun 2022 04:23 (UTC +04:00)

Bakıda avtomobil parka aşdı - FOTO

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.

“Mercedes” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək maşını Nəriman Nərimanovun heykəli olduğu əraziyə aşırıb.

“Mercedes”-in sürücüsü ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Avtomobil deformasiya uğrayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

# 2088
avatar

Oxşar yazılar