Bakıda arvadını parkda qətlə yetirənə AĞIR CƏZA
28 yanvar 2026 15:25 (UTC +04:00)

Bakıda arvadını parkda qətlə yetirənə AĞIR CƏZA

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə  həyat yoldaşını qətlə yetirməkdə ittiham edilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə dövlət ittihamçısının çıxışı ilə davam edib. Dövlət ittihamçısı təqsirləndirilən Natiq Məhərrəmovun 19 il, 6 ay müddətinə  azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.

Məhkəmə qısa müşavirədən sonra N. Məhərrəmovun 17 il, 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

Xatırladaq  ki, 2025-ci ilin aprelin 7-si, saat 19 radələrində Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən "Neftçilər" parkında Natiq Məhərrəmov çoxsaylı bıçaq zərbələri ilə həyat yoldaşı Sevinc Məhərrəmovanı qətlə yetirib. Həmin gün cinayəti törədən şəxs 32-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Suraxanı rayon prokurorluğu tərəfindən Natiq Məhərrəmova CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə yekun ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar