Bakıda ana və qızını avtomobil vurması ilə bağlı təfərrüatlar məlum olub.
Lent.az-ın məlumatına görə, 69 yaşlı İbrahimov Qəmnalı Məmməd oğlu idarə etdiyi "Opel Vectra" markalı avtomobillə hərəkət hissəsində olan piyadalar 33 yaşlı Aşırova Ayişə Mühərrəm qızı və onun övladı 8 yaşlı Aysu Yaqubəliyevanı vurub. Hər iki yaralı "Yeni Klinika"ya yerləşdirilib. A. Aşırova aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
***
12.12.2023
Saat: 15:06
Bakıda ana və qızını maşın vurub.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib. Avtomobil 35 yaşlı Aşurova Aişə Məhərrəm qızını və onun 8 yaşlı qızını vurub. Xəstəxanaya yerləşdirilən ana orada ölüb.
Faktla bağlı araşdırma aparılır.