Bakıda “Lada Priora” ilə “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində ölən şəxsin kimliyi məlum olub.
Lent.az xəbər verir ki, minik avtomobilində ölən sərnişin 2002-ci il təvəllüdlü Cəfərov Pərvin Pərviz oğludur.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları “KamAZ” markalı yük maşının sürücüsü - 1992-ci il təvəllüdlü İsmayılov Hüseyn Əli oğlunun izahatını alıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
***
Saat 02:47
Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.
Lent.az xəbər verir ki, hadisə Ceyhun Səlimov və Abdulvahab Salamzadə küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Heydərli Fərid Xaliq oğlu “Lada Priora” markalı avtomobillə kəsişmədən keçərkən içərisi torpaqla dolu “KamAZ” markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində “Lada Priora” deformasiyaya uğrayıb.
İçərisində olan sürücü və sərnişinlər - 2002-ci il təvəllüdlü Atakişiyev Hümmət Baba oğlu, 2001-ci il təvəllüdlü Sadıqov Emin İlham oğlu müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hələlik ad soyadı bilinməyən bir sərnişin isə hadisə yerində dünyasını dəyişib. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və Yol Polisi Şöbəsinin əməkdaşları cəlb edilib.
Xəstəxanadan verilən məlumata görə, yaralıların hər üçünün vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Nurlan Əli