Bakıda ağır  QƏZA:   5 nəfər xəsarət aldı - FOTO
22 oktyabr 2022 05:39 (UTC +04:00)

Bakıda ağır QƏZA: 5 nəfər xəsarət aldı - FOTO

Bakının Nizami rayonunda ağır yol qəzası qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Mikayıl Əliyev və Babək prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Mirzəbəyov Çingiz Altay oğlu idarə etdiyi “Toyota” markalı avtomobillə Mikayıl Əliyev küçəsindən Babək prospektinə keçmək istəyib.

Bu zaman 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Məhərrəm oğlu idarəetməsində olan “Hyundai” markalı nəqliyyat vasitəsilə yüksək sürətlə “Toyota”-ya çırpılıb.

“Toyota” markalı nəqliyyat vasitəsi yol kənarında təmir sexinin ərazisindəki “Chevrolet” markalı avtomobilin üstünə düşüb.

İdarəetmədən çıxan “Hyundai” təmir sexinin ərazisinə aşıb.

Qəza nəticəsində sürücülər Ç.Mirzəbəyov, V.Əhmədov o cümlədən “Hyundai”-da olan sərnişinlər 1991-ci il təvəllüdlü Cəlilov Hüseynpaşa Rasim oğlu, 1993-cü il təvəllüdlü Daşdəmirov Şəhriyar Xanlar oğlu və 1993-cü il təvəllüdlü Əliyev Faiq Əliheydərov oğlu ağır bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə 3 nömrəli xəstəxanaya yerləşdirilib. Yaralılardan Ç.Mirzəbəyovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Qəza nəticəsində deformasiyaya uğrayan avtomobillər cərimə meydançasına yerləşdirilib.

# 3411
avatar

Oxşar yazılar

Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

Bakıda məktəbli qız evlənmək üçün QAÇIRILDI

25 aprel 2024 , 17:18
Ana 7 aylıq körpəsini yolun ortasına  atdı

Ana 7 aylıq körpəsini yolun ortasına atdı

25 aprel 2024 , 17:17
Kütləvi dava zamanı polisi bıçaqladılar

Kütləvi dava zamanı polisi bıçaqladılar

25 aprel 2024 , 16:44
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB

25 aprel 2024 , 15:36
Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

25 aprel 2024 , 15:16
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU

Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU

25 aprel 2024 , 14:43
Xocalıda yeni insan qalıqları  tapıldı - VİDEO

Xocalıda yeni insan qalıqları tapıldı - VİDEO

25 aprel 2024 , 14:33
Rauf Nağıyev TƏBİB-i məhkəmədə uddu

Rauf Nağıyev TƏBİB-i məhkəmədə uddu

25 aprel 2024 , 14:23