Bu gün Binəqədi rayonu ərazisində “BMW” markalı, 50-AA-005 dövlət nömrə nişanlı avtomobilin sürücüsü kobud qayda pozuntularına yol verib.
Lent.az xəbər verir ki, Avtosfer.az-a göndərilən videodan aydın olur ki, avtomobilin sürücüsü Azadlıq prospekti istiqamətində - “Akabe İnşaat”-ın qarşısında iki dəfə qarşı hərəkət zolağına çıxaraq nəqliyyat axınının əksinə hərəkət edir. Bundan əlavə, bir neçə nöqtədə də təhlükəli manevrlər edərək qaydaları pozub.
Qeyd edək ki, bu avtomobil Sumqayıt şəhər İcra Hakimiyyətinə məxsusdur.
Görüntüləri təqdim edirik: