Bakıda 21 yaşlı gənc qız çəngəl udub.
Lent.az "Medicina.az"a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Aysel Həmidova (Ad şərtidir) özünü qusdurmaq üçün çəngəldən istifadə edib. Bu zaman çəngəl boğazına girib.
Dərhal o, Kliniki Tibbi Mərkəzin təcili yardım şöbəsinə aparılıb. Lakin onu paytaxtdakı özəl xəstəxanalardan birinə göndəriblər.