Bakıda 2 nəfər bıçaqlandı – SÖYÜŞƏ GÖRƏ
16 iyul 2022 03:43 (UTC +04:00)

 Bakıda 2 nəfər bıçaqlandı – SÖYÜŞƏ GÖRƏ

0

Bakının Nərimanov və Qaradağ rayonlarında dava düşüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hər iki hadisəyə səbəb qeyri-etik ifadə olub.

Gecənin ilk bıçaqlanma hadisəsi Qobustan qəsəbəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Əhədli Elmar Məlik oğlu söyüşə görə naməlum şəxs tərəfindən bıçaqlanıb. 

Digər hadisə isə Veterenlar parkı kimi tanınan ərazidə qeydə alınıb.

1992-ci il təvəllüdlü Rəsulov Anar Əli oğlu da bıçaqlanaraq ağır vəziyyətə düşüb. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırmalara başlanılıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1588

Oxşar yazılar