Bakıda 14 yaşlı qız YOXA ÇIXDI:  anası axtarır
27 may 2022 09:31 (UTC +04:00)

Bakıda 14 yaşlı qız YOXA ÇIXDI: anası axtarır

Bakıda yeniyetmə qız itkin düşüb.

Lent.az-ın məlumatına görə, Sabunçu rayonu Zabrat qəsəbəsi, R. Göyüşov küçəsində yaşayan 14 yaşlı Əliyeva Aydan Elçin qızı mayın 24-ü saat 14 radələrində yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun anası Y. Mirvelişyeva Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib.

A. Əliyevanın tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2958
avatar

Mehman Nəbiyev

Oxşar yazılar