Bakının Binəqədi rayonunda 36 yaşlı şəxs bıçaq xəsarətləri alıb.
Lent.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
Məlik Aslanov küçəsi, döngə 6 ünvanında 1986-ci il təvəllüdlü Nərimanov Elnur Ramiz oğlu naməlum şəraitdə bıçaq xəsarətləri alıb. O, bədənin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları araşdırır.