Bakı-Quba yolunda AĞIR QƏZA:  3 nəfər...
27 oktyabr 2022 23:53 (UTC +04:00)

Bakı-Quba yolunda AĞIR QƏZA: 3 nəfər...

Bu gün axşam saatlarında Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik və yük maşının iştirakı ilə baş verən qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

# 3045
avatar

Oxşar yazılar