Bakı-Qazax magistral yolu bağlandı  - SƏBƏB
17 iyul 2022 02:00 (UTC +04:00)

Bakı-Qazax magistral yolu bağlandı - SƏBƏB

0

Ucarda üç avtomobilin iştirakı ilə qəza baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar rayonun Alpout kəndindən keçən hissəsində baş verib.

Baş verən qəza yolun bağlanmasına səbəb olub.

Bakı istiqamətində hərəkətdə olan çınqıl daşı ilə dolu iki “KamAZ” və ot bağlaması ilə yüklü qoşqulu traktor toqquşub.

Qəza zamanı “KamAZ”lardan biri yolun hərəkət hissəsinə aşıb.

Nəticədə Bakı istiqamətində əsas magistral yol təxminən 20 dəqiqəyə yaxın bağlı qalıb.

Müvafiq qurumların səyi nəticəsində artıq nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3260

Oxşar yazılar