"Azərsu"dan QOVULDU: Abonentlərin başına  OYUN AÇDI  - FOTO
07 yanvar 2023 12:27 (UTC +04:00)

"Azərsu"dan QOVULDU: Abonentlərin başına OYUN AÇDI - FOTO

Abşeron rayonunda özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşlardan pul almağa cəhd edən şəxs peyda olub.

Qurumdan Lent.az-a verilən xəbərə görə, abonentlərdən biri tərəfindən çəkilmiş fotoşəkildən və araşdırmalardan məlum olub ki, həmin şəxs əvvəllər “Azərsu” ASC-də çalışan və sonradan işdən azad olunan Abbasov Şahin Nadir oğludur. Ş.Abbasov Xırdalan şəhəri, Masazır, Qobu, Hökməli, Saray qəsəbələri və Atyalı ərazisində özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edib.

O, daha çox debitor borcu olan abonentləri seçərək onlara borcun bir hissəsinin nağd şəkildə ödənilməsi müqabilində qalan hissəsinin tamamilə silinəcəyini bildirib. Bu yolla bir neçə abonenti aldatmağa müvəffəq olub.

“Azərsu” ASC abonentlərin diqqətinə çatdırır ki, bu cür qeyri-qanuni üsullarla debitor borcun silinməsi mümkün deyil və belə təkliflərə aldanmasınlar. Üstəlik mənzillərə yaxınlaşan və özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edən şəxslərdən mütləq qaydada xidməti vəsiqə tələb etsinlər. Xidməti vəsiqə təqdim etməyənlərin tələblərini yerinə yetirməsinlər və suallarını cavablandırmasınlar. Belə qeyri-qanuni əməllərlə rastlaşdıqda və şübhə doğuran hallarla qarşılaşdıqda dərhal "955" Zəng Mərkəzinə məlumat versinlər.

Abonentlərdən xahiş olunur ki, yaşadıqları ünvana yaxınlaşan “Azərsu” ASC-nin əməkdaşları da daxil olmaqla heç kimə nağd pul ödəməsinlər, içməli və tullantı su xidmətlərindən istifadəyə görə, ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə keçirsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2499
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28