Azərbaycanlılarla ruslar arasındakı davadan YENİ XƏBƏR:  15 nəfər tutuldu - YENİLƏNİB
06 iyul 2022 10:40 (UTC +04:00)

Azərbaycanlılarla ruslar arasındakı davadan YENİ XƏBƏR: 15 nəfər tutuldu - YENİLƏNİB

Murmansk vilayətində davada iştirak edən 15 nəfər saxlanılıb.

Lent.az-ın yerli mediaya istinadla bildirir ki, bu barədə Murmansk vilayət polisi açıqlama yayıb.

Saxlanılanlar arasında azərbaycanlıların da olduğu bildirilir.

Həmçinin hadisə ilə bağlı açıqlama verən Azərbaycan Diasporasının sədri Afil Hüseynov münaqişənin köklərinin 2 il əvvələ getdiyini bildirib:

“2 il əvvəl yerli kriminal qruplaşmalar burada bir neçə azərbaycanlı iş adamının maşınını yandırmışdılar. Daha sonra onlar hədə-qroxu gələrək azərbaycanlılardan pul tələb edirdilər. Bu münaqişə unudulmuşdu. Görünür indi kimlərsə şəxsi maraqları üçün  yenidən münaqişəni qızışdırırlar”.

Aldığımız məlumata görə, kütləvi davanın baş verdiyi Kovdor şəhərində 50-dək azərbaycanlı yaşayır.

***

5 iyun, saat 15:13

Rusiyanın Murmansk vilayətinin Kovdor şəhərində yerləşən “Aysun” restoranında kütləvi dava olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, iyulun 4-də baş verən davada ən azı 30 nəfər iştirak edib. Məlumata görə, restoranın mühafizəçiləri ilə azyaşlı qızla içəri girmək istəyən kişi arasında münaqişə baş verib. Kişi yanındakı qızın 18 yaşında olduğunu sübut etməyə çalışıb, lakin üzərində şəxsiyyət vəsiqəsi olmayıb. 

Restorana gələn kişi bundan sonra dostlarını “söhbətə” çağırıb. Restoran əməkdaşları ilə həmin adamlar arasında kütləvi dava düşüb.

Daha sonra münaqişə yerli ticarət mərkəzinin yaxınlığında davam edib. Kişinin dostaları və sevgilisi restoran əməkdaşları, o cümlədən yeniyetmələrlə əlbəyaxa olublar. Tərəflər yumruq-təpiklə bir-birini döyüblər. Hətta bıçaqdan və odlu silahdan da istifadə olunub. Dava zamanı yerə yıxılanları camaat ayağa qalxmağa qoymayaraq döyüb. İlkin məlumata görə, 16 yaşlı yeniyetmə qız da xəsarət alıb.

Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Münaqişədə 4 nəfər xəsarət alıb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə və ya bir qrup şəxs tərəfindən xuliqanlıq) ilə cinayət işi başlanıb. qabaqcadan razılıq əsasında və ya mütəşəkkil dəstə tərəfindən və ya hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə əlaqəli şəxslər) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, “Aysun” kafesinin azərbaycanlılara məxsus olduğu bildirilir. Məlumata əsasən, Kovdor şəhər sakinləri baş verən davaya görə, azərbaycanlıların nümayəndələri ilə görüşmək istəyirlər.

Azərbaycanlılar və ruslar arasında dava

Azərbaycanlılar və ruslar arasında dava

# 16722
avatar

Mehman Nəbiyev

Oxşar yazılar