Belarusun Minsk şəhər məhkəməsi Azərbaycan vətəndaşı barədə 12 il 2 ay müddətində həbs qərarı çıxarıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sevgilisini öldürməkdə təqsirli bilinir.
Məlumata görə, hadisə şəhərin mərkəzindəki "Mulen Ruj" restoranında baş verib. Oğlanın sevgilisi həmin restoranda ofisiant işləyirmiş. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilib.