Azərbaycanlı iş adamının kafesi söküldü  - VİDEO
22 mart 2025 09:26 (UTC +04:00)

Azərbaycanlı iş adamının kafesi söküldü - VİDEO

Rusiyanın Kurqan vilayətində İrtış yolunun 263-cü kilometrliyində qanunsuz tikilmiş “Abşeron” kafesi sökülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə jurnalistlər məlumat verib. Kafe azərbaycanlı iş adamı Əliyevə məxsus olub.

Qeyd olunur ki, “Abşeron” kafesi artıq yoxdur. Onun yerində yalnız tikinti tullantıları, beton bloklar və plitələr qalıb. Məlumata görə, buldozer hələ də sökülən müəssisənin yerində işləməkdə davam edir.

Bildirilir ki, bu bina 2009-cu ildən əvvəl sökülməli imiş. Lakin məhkəmə qərarı icra olunmayıb və yol kənarındakı kafe fəaliyyətini davam etdirib. Fevral ayında Kurqan meriyası “Abşeron”un şəhər büdcəsi hesabına sökülməsinə başlayıb. Bu iş üçün 600 min rubl xərclənib.

Kafe binasının özündən əlavə, açıq məkanları, manqal sahəsi və yardımçı tikililəri də sökülüb. Kafenin yolun mümkün genişləndirilməsi üçün söküldüyü bildirilsə də, Cənubi Ural Uprdoru bu məlumatı təsdiqləməyib.

Xatırladaq ki, fevral ayında kafenin sökülməsinə başlanılması barədə xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1736

Oxşar yazılar

Azərbaycanlılar Rusiyanın bu vilayətindən deportasiya olundu

Azərbaycanlılar Rusiyanın bu vilayətindən deportasiya olundu

23 iyun 2025 , 19:59
Qəzada yaralanmışdı, 48 gün sonra  öldü

Qəzada yaralanmışdı, 48 gün sonra öldü

23 iyun 2025 , 19:15
Piknik üçün getmişdilər, 2 uşaq göldə boğuldu

Piknik üçün getmişdilər, 2 uşaq göldə boğuldu

23 iyun 2025 , 18:43
Əhməd Oruc gənc oğlunu  itirdi

Əhməd Oruc gənc oğlunu itirdi

23 iyun 2025 , 18:01
Çaydan yeni doğulmuş körpə meyiti  tapıldı

Çaydan yeni doğulmuş körpə meyiti tapıldı

23 iyun 2025 , 17:58
Aktyor tamaşa zamanı infarktdan öldü

Aktyor tamaşa zamanı infarktdan öldü

23 iyun 2025 , 17:43
Bakıda kuryerlərdən 12 kilo narkotik götürüldü - VİDEO

Bakıda kuryerlərdən 12 kilo narkotik götürüldü - VİDEO

23 iyun 2025 , 17:22
Bəhruz Səmədova HÖKM OXUNDU

Bəhruz Səmədova HÖKM OXUNDU

23 iyun 2025 , 16:27