Azərbaycanlı gənc Türkiyədə öldürülüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə mayın 30-u saat 23 radələrində Çanakkalanın Lapseki qəsəbəsində baş verib. Məlumata görə, əvvəlcə burada iki qrup arasında dava olub. Sonradan onlar məsələni “söhbət”lə həll etmək üçün yenidən görüşüblər. Lakin bu zaman əlbəyaxa dava bıçaqlanma ilə nəticələnib. Mübahisədə iştirak edən azərbaycanlı 28 yaşlı İlkin Eminov bıçaq xəsarətləri alıb.
O, dərhal xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla əlaqədar 3 şübhəli saxlanılıb, araşdırmalar davam edir.
İlkin Eminov