Beyləqanda intihar hadisəsi olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə mayın 10-u şəhər ərazisində qeydə alınıb. 57 yaşlı Mirzəyev Natiq Hümmət oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq, həyatına son qoyub.
Onun hansı səbəbdən intihar etməsi hələlik bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, N.Mirzəyev Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Xidmətlər Agentliyinin Beyləqan Laboratoriya Ekspertiza Mərkəzinin mikrobioloji və baktereoloji şöbəsinin müdiridir.