Hacıqabulda toyda kütləvi zəhərlənmə olub.
Lent.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir kİ, hadisə Hacıqabul şəhərində fərdi yaşayış evlərindən birində qurulan çadırda keçirilən toy mərasimində baş verib.
Hazırda toyda iştirak edən 10-dan çox rayon sakini Şirvan və Hacıqabul rayonlarında yerləşən xəstəxanalara aparılıb.
Faktla bağlı araşdırma başlanıb.