Azərbaycanda SSRİ idman ustasını  maşın vurub öldürdü
24 avqust 2024 10:23 (UTC +04:00)

Azərbaycanda SSRİ idman ustasını maşın vurub öldürdü

Şirvanda avtomobil 85 yaşlı kişini vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən xəbərə görə, şəhər sakini Ə. Zeynalov idarə etdiyi "Chery" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən şəhər sakini S. Ələkbərovu vurub.

S. Ələkbərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onu xilas etmək mümkün olmayıb.

APA-nın əldə etdiyi məlumata görə, Sabir Zeynalabdin oğlu Ələkbərov sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycanın Əməkdar idman müəllimi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2151
avatar

Oxşar yazılar