Azərbaycanlı qızları fahişəliyə məcbur  edən qadına HÖKM OXUNDU
07 iyun 2025 18:35 (UTC +04:00)

Azərbaycanlı qızları fahişəliyə məcbur edən qadına HÖKM OXUNDU

Azərbaycanda həmcinslərini cinsi istismara məruz qoyan qadına hökm oxunub.

Lent.az xəbər verir ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqda şübhəli bilinən R.Əmiraslanova tutulub.

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin hökmünə əsasən R.Əmiraslanova Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 (İnsan alveri) və 144-3.4-cü maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, R. Əmiraslanova zərərçəkən qadınların sənədlərini əllərindən alaraq, onları ölkə xaricində fahişəliyə məcbur edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588

Oxşar yazılar