Azərbaycanda həbs olunan türkiyəli ölkəsinə göndərildi
24 noyabr 2023 17:46 (UTC +04:00)

Azərbaycanda həbs olunan türkiyəli ölkəsinə göndərildi

Türkiyədə bank kartından istifadə etməklə oğurluq əməlini törətməkdə təqsirləndirilərək 2020-ci ildə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, beynəlxalq axtarışda olan, Türkiyə Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü Mehmet Yavuz İncesu cari ilin avqust ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, məhkumun verilməsinə dair Sivas Cümhuriyyət Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5112
avatar

Oxşar yazılar