Azərbaycanda gənc oğlanı şəkilləri ilə  şantaj etdilər 
13 mart 2023 15:15 (UTC +04:00)

Azərbaycanda gənc oğlanı şəkilləri ilə şantaj etdilər 

Azərbaycanda gənc oğlan şantaj edilib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini R.A. polisə müraciət edərək sosial şəbəkədə tanış olduğu oğlan tərəfindən şantaj olunduğunu bildirib. 

C.M. adlı şəxs R.A.nı şəkilləri ilə şantaj edərək onun pulunu mənimsəyib. 

Daxil olan şikayət əsasında Abşeron polisində araşdırmalara başlanılıb.
 

# 2187
avatar

Sevinc Fərid

Oxşar yazılar