Göygöldə baş verən qəzada ölən 5 nəfərin adları məlum olub.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, qəzada ölənlər "VAZ-2107"nin sürücüsü, 1994-ci il təvəllüdlü Hümbətov Orxan, onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Hümbətova Sona, sürücün övladı 2020-ci il təvəllüdlü İbrahim və sərnişinlər, 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu, 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızdır.
***
00.47
Yük avtomobili ilə "VAZ-2107"nin toqquşması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Lent.az-ın məlumatına görə, bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib. Ölənlərdən biri azyaşlıdır.
***
23.58
Yük avtomobili ilə "VAZ-2107"nin toqquşması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Lent.az-ın məlumatına görə, bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib.
***
23.45
Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan yük avtomobili ilə "VAZ-2107" markalı avtomobil toqquşub. Qəza zamanı 4 nəfər həlak olub.