Azərbaycanda ana uşağı sakitləşdirmək üçün "patı" verib.
Bu barədə Lent.az-a Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun bildirdiyinə görə, Abşeron rayon sakini, narkotik istifadəçisi olan ana 2 yaş yarımlıq oğlunun sakit qalması üçün "patı" verib.
Hazırda uşaq anadan alınıb, sığınacağa yerləşdirilib.
Kəmalə Ağazadənin sözlərinə görə, uşağın vəziyyəti yaxşı deyil.