Azərbaycanda atı GÜLLƏLƏDİLƏR
05 iyul 2022 11:35 (UTC +04:00)

Azərbaycanda atı GÜLLƏLƏDİLƏR

Ağcabədidə at güllələnərək öldürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinə iyulun 4-də Sarıcalı kənd sakini E.Məmmədova məxsus atın kənd ərazisində tüfənglə öldürülməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakini Emin Əliyev müəyyən edilərək saxlanılıb.

Ondan “Churchil” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

# 2604
avatar

Mehman Nəbiyev

Oxşar yazılar