Gəncədə istintaq təcridxanasında intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında baş verib. Orada saxlanılan məhkum, Tovuz rayon sakini Əhmədov Mehdi Maksim oğlu damarını şüşə ilə kəsərək özünü öldürüb.
İlkin məlumata görə, məhkum barəsində bir neçə gün əvvəl çıxarılan məhkəmə hökmünə etiraz olaraq bu addımı atıb.
Faktla bağlı araşdırma başlanıb.
Qeyd edək ki, Mehdi Əhmədov 2021-ci ilin dekabr ayında Tovuzun İbrahimhacılı kəndində 1964-cü il təvəllüdlü Ənvər və 1960-cı il təvəllüdlü Fərman Alırzayev qardaşlarını mübahisə zəminində bıçaqlayıb. Nəticədə ürək nahiyəsindən bıçaq xəsarəti alan Ənvər ölüb.