Abşeron və Mingəçevirdə intihar hadisələri olub.
Lent.az xəbər verir ki, Abşeron rayon Xırdalan şəhər sakini 29 yaşlı Vüsal Elçin oğlu Quliyev yaşadığı “Kristal Abşeron-1” yaşayış kompleksində özünü asıb.
Mingəçevir şəhər sakini 45 yaşlı Vüqar Qardaşxan oğlu Qurbanov da yaşadığı evdə özünü asaraq, həyatına son qoyub.
Onların hansı səbəbdən intihar etmələri hələlik bilinmir.
Faktlarla bağlı araşdırma aparılır.