Avtoşluq edən sürücü 2 maşını zədələdi -FOTO
22 oktyabr 2022 21:29 (UTC +04:00)

Avtoşluq edən sürücü 2 maşını zədələdi -FOTO

Xırdalan şəhərində üç avtomobil qəzaya uğrayıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində baş verib.

“Tofaş” markalı nəqliyyat vasitəsini idarə edən sürücü manevr qaydalarını pozaraq prospektdən Zərifə Əliyeva küçəsinə daxil olub. Bu zaman onun maşını yol kənarında dayanan “Toyota” markalı avtomobilə çırpılıb.

Daha sonra “Tofaş” əks yolda olan digər “Toyota”ya çırpılıb. Qəza nəticəsində sürücü və sərnişin xəsarət alıb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları APA-nın müxbirinə bildiriblər ki, 77-DP-862 dövlət nişanlı “Tofaş” markalı avtomobilin sürücüsü bir ay ərzində 4 dəfə qəza törədib.

# 2757
avatar

Oxşar yazılar