Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində qeydə alınıb.
Vaqif Atayev sükanı arxasında olduğu “Toyota” markalı avtomobillə yüksək sürətlə Atatürk prospektində daxil olub.
Sükana nəzarəti itirən sürücü maşını əvvəlcə səkiyə çırpıb. İdarəetmədən çıxan nəqliyyat vasitəsi park ərazisinə düşüb. Zərbənin gücündən sürücü baş və bədən nahiyələrindən ağır xəsarət alıb.
Əraziyə Təcili yardım briqadası, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları və Yol Patrul Xidməti cəlb edilib. Sürücü xəstəxanaya çatdırılıb. Polislərin və hadisə şahidlərinin verdiyi məlumata görə, sürücü ağır dərəcəli sərxoş olub.