Bakının Binəqədi rayonunda yolu keçən piyadanı avtomobil vurub.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində baş verib.
1964-cü il təvəllüdlü Hüseynov Elşad Zülfüqar oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.