Zaqatalada minik avtomobili ağaca dəyib, sürücü xəsarət alıb.
Lent.az APA-nın şimal-qərb bürosuna istinadən məlumat verir ki, hadisə mayın 26-ı axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu Əliabad kəndi ərazisindən keçən hissəsində baş verib.
1991-ci il təvəllüdlü Zaqatala rayonu Bəhmətli kənd sakini Şahmar İsmayıl oğlu Mahmudovun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Ş.Mahmudov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.