Avtobusda cibgirlik edən tutuldu - VİDEO
09 fevral 2026 09:55 (UTC +04:00)

Avtobusda cibgirlik edən tutuldu - VİDEO

0

Bakının Xətai rayonunda sərnişin avtobusunda bir nəfərin içərisində qızıl-zinət əşyaları və bank kartı olan pul kisəsi oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Pünhan Umudov müəyyən edilərək saxlanılıb.

Həmin şəxs oğurladığı qızıl-zinət əşyalarını 730 manata satdığını, bank kartı ilə isə marketlərdə 900 manatlıq alış-veriş etdiyini bildirib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar