Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsi cəhdinin qarşısını alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, “Culfa” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Niderlanda gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Rentgen qurğusunda şübhəli təsvirlər əks olunduğundan avtomobil kinoloji xidmət itinin reaksiyası ilə əsaslı yoxlamaya cəlb edilib. Bu zaman avtomobilin yük hissəsindən xalis çəkisi 499 kiloqram 203,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.