Rusiyanın paytaxtı Moskvada evdən iki meyit tapılıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, Şokalski proezdindəki mənzildə 87 yaşlı kişi və onun 64 yaşlı qızının meyiti aşkar edilib. Hər ikisinin təxminən iki ay əvvəl öldüyü güman edilir. Meyitlərdə çürümə müşahidə olunub.
Mənzildən meyit qoxusunun gəldiyini bildirən qonşular həyəcan təbili çalıb. Evdə çoxlu sayda boş butulka tapılıb, mənzil isə əşyalarla dolu olub.
Onların nədən ölməsi barədə araşdırma aparılır.