Ata və oğul başqa kənddə DAVA ETDİ
12 aprel 2023 20:19 (UTC +04:00)

Ata və oğul başqa kənddə DAVA ETDİ

0

İsmayıllıda qonşular arasında dava baş verib. 

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə İsmayıllı rayonunun Uştal kəndində qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun İvanovka kənd sakinləri - 1972-ci il təvəllüdlü Qurbanov Etibar və oğlu, 1994-cu il təvəllüdlü Qurbanov Hicran və həmkəndliləri - 1986-ci il təvəllüdlü Qasımov Raqib İlyas oğlu arasında mübahisə baş verib. Mübahisə nəticəsində onlar bir-birlərinə qarşılıqlı xəsarət yetiriblər. Yaralananlar rayon mərkəzi xəstəxanasına  çatdırıblıb. Hadisənin torpaq üstündə olduğu bildirilir. 

Faktla bağlı da İsmayıllı RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2495

Oxşar yazılar