İrkutskda qadın iki azyaşlı uşağı yanan mənzildən xilas etmək üçün beşinci mərtəbənin pəncərəsindən atıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, yanğın Sovetskaya küçəsində yerləşən beşmərtəbəli binada baş verib. Yanğının yayılmağa başladığı beşinci mərtəbədəki mənzildə ər-arvad dörd, yeddi və doqquz yaşlı üç uşaqla yaşayıblar.
Ana yeddi yaşlı qızı və dörd yaşlı oğlunu pəncərədən atıb. Uşaqları qonşular tutub. Sonra qadın özünü atıb. Həkimlər onu xilas edə bilməyiblər, əri və doqquz yaşlı uşağı da həyati təhlükəsi olan xəsarətlər alıblar.
Qadının pəncərədən atdığı uşaqlar sağ qalıb, onlar reanimasiyadadırlar. Yaşayış binasında baş verən yanğının ilkin səbəbi kimi elektrik naqillərində qısaqapanma göstərilir.
Faktla bağlı cinayət işi açılıb.