Arvadının boğazını kəsdi - KƏNDDƏ DƏHŞƏTLİ QƏTL
13 iyul 2022 13:21 (UTC +04:00)

Arvadının boğazını kəsdi - KƏNDDƏ DƏHŞƏTLİ QƏTL

0

Tovuz rayonunda qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

Əlibəyli kənd sakini, 30 yaşlı Nicat Əhmədov həyat yoldaşı Nuranə Əhmədovanın boğazını kəsərək qətlə yetirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, qətli törədən şəxsi Tovuz rayon Polis Şöbəsinin əməkdaşları saxlayıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4199

Oxşar yazılar