Hadisə İranın Tehran vilayətinin Kərəc şəhərində qeydə alınıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, həyat yoldaşı ilə mübahisə edən gənc xanım əvvəlcə 5 yaşlı qızını yaşadıqları binanı 4-cü mərtəbəsindən yerə atıb. Bundan sonra özünü də ataraq həyatlarına son qoyub.
Meyitlər müayinə olunması üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib. Orada ana və qızının intihar deyil, qətlə yetirildikləri iddiası da ortaya atılıb.
Faktla bağlı şəhər polisi araşdırmalara başlayıb.